Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 858 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 158 obyekt daha çoxdur.

Trend bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 138 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin avqustundan 16 obyekt çoxdur.

2021-ci ilin avqust ayında Türkiyədə 141 400 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz daha azdır.


İyul ayında Türkiyədə 5 866 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 50,7 faiz çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: