Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 593 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 162 obyekt çoxdur.

AzerTimes bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin mayından 94 obyekt çoxdur.

2021-ci ilin iyun ayında Türkiyədə 134 731 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz çoxdur.

İyun ayında Türkiyədə 4 748 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: