Azərbaycan vətəndaşları əsasən hansı ölkələrdə insan alverinə məruz qalıb?

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı
ölkələr məlum olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə
qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik
məlumatında qeyd olunub.

Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i
Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz
qalıb.

Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən
edilib.

Teqlər: