Azərbaycanlı jurnalist Həmid Həmidov hesab edir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları ilə hər şey daha əsəbi və anlaşılmaz olur.
Bu barədə o, “Exo Moskvı” saytında dərc olunan məqaləsində bildirir.
“Özünüz qərar verin.
Rusiya sülhməramlıları Azərbaycana 5 il müddətinə gəlib. Məqsəd bir xalqı o birisindən qorumaq deyil. Əsas məqsəd 44 günlük müharibədən sonra yaranmış sülhün pozulmaması və 30 ilə yaxın bir-birinin yanında sülh içində necə yaşamağı təsəvvür edə bilməyən xalqların nəhayət ki, ünsiyyətini bərpa etməkdir.
Bunun üçün Rusiya sülhməramlılarından tələb olunan isə hər iki tərəfdən mümkün qədər bərabər məsafədə olmaq idi. Yəni əslində yeganə funksiyasını yerinə yetirməli – sülhü qorumalı (və ya yaratmalı) idi.
Əslində isə belə görünür ki, Rusiya sülhməramlısı missiyasının mahiyyətini, həmçinin harada olduqlarını unudur: O, hansısa mübahisəli və ya bitərəf ərazidə deyil, bütövlüyü Rusiya tərəfindən də tanınan Azərbaycan Respublikasının ərazisində (bunu 2020-ci ilin sonunda Rusiya sülhməramlısının prezidenti Vladimir Putin də dəfələrlə söyləyib) yerləşir.
Rusiya sülhməramlısı unudur ki, o, Dağlıq Qarabağın hələ ki onun nəzarətində olan ərazilərinə Ermənistandan silahlı insanları sakit şəkildə buraxmaq üçün deyil, əksinə hər cür yolla bunun qarşısını almaq üçün gəlib.
Rusiya sülhməramlısı Azərbaycanın Kəlbəcər bölgəsindəki Xudavəng monastır kompleksinin yaxınlığında olmasına həqiqətən ehtiyac olmadığını başa düşmür (halbuki anlamalıdır). Orada yaşayan 10-dan az erməni rahibi heç kim qovmayıb və qovmayacaq da. Dinc davranışları və məbədin erməni deyil, qədim Alban-Udin məbədi olduğunu etiraf etmələri orada qalmaları üçün kifayətdir.
Rusiya sülhməramlısı başa düşməlidir ki, silahlı halda erməni uşaqları (Xankəndi sakinləri) ilə şəkil çəkdirmək onun Azərbaycan torpaqlarında olarkən çatdırmalı olduğu mesaj deyil. Xüsusən də kameraya bir və ya digər tərəf üçün tost demək hüququna sahib deyil. Bu ümumiyyətlə, hər hansı bir etikanın və “sülhməramlının” məramının pozulmasıdır.
Rusiya sülhməramlısının münaqişə tərəflərindən birinə qərəzli və qeyri-obyektiv mövqeyi, onun Azərbaycanda qalmasının bütün mənasını və mahiyyətini tamamilə itirir. Və bu işdə Azərbaycan xalqının ona olan etimadını çox azaldır, bu da ölkəsinin, həmçinin Azərbaycan və Ermənistanın başçıları arasında keçən il 10 noyabrda müharibəyə son qoyulması barədə sənədi imzalayan prezidentinin imicinə zərbə vurur.
Sonda bir daha qeyd etmək istərdim: Rusiya sülhməramlısı iki vacib şeyi xatırlamalıdır – mövcud olduğu yer, hər halda, müvəqqətidir, həmçinin hansısa mübahisəli və ya nəzarətsiz ərazilərdə deyil, Azərbaycan torpağındadır”.
www.yenicag.az