Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qırğızıstan, Tacikistan və Türkmənistanda regional rəhbəri təyin olunub.
Trend bu barədə Banka istinadən məlumat verir.
Qeyd olunur ki, ofis Qırğızıstanın paytaxtı Bişkekdə yerləşəcək. A.Rüstəmova 2021-ci il sentyabrın 1-də vəzifələrinin icrasına başlayacaq.
Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova 2001-ci ildən AYİB-də işə başlayıb. O, 2017-ci ildə AYİB-in Tacikistanda regional rəhbəri təyin olunub.
(Tərcümə: Orxan Nəbiyev)