Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya
qoyduğu bütün məqsədləri uğurla reallaşdırır.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Vətən müharibəsindən sonra qarşıda duran ən
ümdə məsələrdən biri işğaldan azad edilmiş torpaqlara “Böyük
qayıdışa” start vermək idi.
“Əlbəttə bunun üçün xeyli işlər görmək lazım idi. İlk növbədə
işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vacib idi.
Azərbaycan Vətən müharibəsindən dərhal sonra bu işlərə başladı və
ərazilər minalardan təmizləndikcə yendənqurma və bərpa işlərinə
start verildi. Vətən müharibəsində qələbədən ötən qısa müddət
ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq
işləri aparılıb və bu işlər bu gün də davam etməkdədir.
Çox sevindirici haldır ki, artıq görülən işlər real nəticələr
verməkdədir. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı
kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım
Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Zəngilanda ilk “Ağıllı
kənd” layihəsinin açılışı ilə “Böyük qayıdış” prosesinə start
verildi.
Bu, xalqımz tərəfindən böyük sevinclə qarşılanan bir hadisədir.
Digər ərazilərdə də sürtətli bərpa və quruculuq işləri davam
etməkdədir və insanlarımız öz dogma yurdlarına qayıdacağı günü
səbirsizliklə gözləyirlər.
Digər bir vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan bu
nəhəng layihələri öz imkanları hesabına, xaricdən heç bir dəstək
almadan həyata keçirir. Artıq bu gün bir güclü Azərbaycan var ki,
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə
nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları
çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və
sürətli işlər aparılır” , – deyə A.Həsənova vurğulayıb.
Deputat əlavə edib ki, digər bir mühüm məsələ isə ondan
ibarətdir ki, Azərbaycan Vətən müharibəsindən sonra siyasi
müstəvidə də öz istəklərinə nail olur, regionda yaranmış yeni
reallıqlar dünya birliyi tərəfindən qəbul edilir.
“Vətən müharibəsindən sonra həm Rusiyanın, həm də Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş
tutan üçtərəfli görüşlərin nəticələri Azərbaycanın mövqeyi ilə tam
üst-üstə düşür. Bu görüşlər göstərdi ki, Azərbaycan və Ermənistan
arasında sərhədlərin delimitasiyası, regionda nəqliyyat və
kommunikasiya xəttlərinin açılması ilə bağlı dövlətimizin
qətiyyətli mövqeyi dünya birliyi tərəfindən qəbul olunur və bu
işlərin həyata keçirilməsinin regionda sülhün bərqərar olunması
üçün vacibliyi qeyd edilir. Cənab Prezident İlham Əliyevin
rəhbərliyi və qətiyyətli mövqeyi, güclü diplomatik məharəti
sayəsində Azərbaycan qarşıya qoyulan məqsədlərə nail olur və
siyasi-diplomatik müstəvidə uğurlarını davam etdirir”, – deyə
A.Həsənova əlavə edib.