Azərbaycan Vətən müharibəsində qələbə ilə Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu

Xəbər - Elçin Mehdiyev – Trend:

Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı və Ermənistanı kapitulyasiyaya imza atmağa məcbur etdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, artıq yeni dövr başlayıb və Azərbaycanın qələbəsindən sonra bölgədə yeni geosiyasi reallıqlar yaranıb: “Bu reallığı Azərbaycan yaradıb və bu reallıq təkcə region üçün deyil, artıq bütün dünya üçün yeni reallığa çevrilib. Bu reallıq bölgədə yeni əməkdaşlıq platformalarının tətbiqi, uzun müddətli sülhün və əminamanlığın təmin olunmasıdır.

Artıq Dağlıq Qarabağ adlı Azərbaycan ərazisində ərazi vahidi yoxdur, Qarabağ Azərbaycanın tarixi və əzəli torpaqlarıdır. Dağlıq Qarabağ kimi məsələləri ortalığa atmaqla kimlərsə çalışırlar ki, köhnə dövrə qayıtsınlar, ancaq bu mümkün olmayacaq, çünki Azərbaycan öz gücü hesabına yeni reallıqlar yaradıb. Bu gün dərin siyasi və sosial-iqtisadi böhran içəridində batan Ermənistan da bu reallıqları qəbul edib regionda yeni yaranmış əməkdaşlıq mühitindən itsifadə etməklə böhrandan çıxa bilər.

Əgər Ermənistan Azərbaycanla sülh imzalamaqdan imtina edəcəksə, bu, Ermənistan üçün yeni bir faciə olacaq. Ermənistan ordusu 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələri Tərəfindən darmadağın edilib və Ermənistan kapitulyasiya aktına imza atıb.

Ermənistan artıq sülh müqaviləsi imzalamaq məcbutiyyətindədir və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Əks halda, Ermənistan dalan dövlət olaraq qalmağa davam edəcək və regionda həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalacaq ki, bu da Ermənistanın darmadağın olmasına gətirib çıxaracaq”.

Teqlər: