Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası ilə Yaponiyanın “TET International Development” şirkəti arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, sənəd birgə layihələrin sayının artırılmasını, Yaponiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımını və Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına əlavə investisiyaların cəlb olunmasını nəzərdə tutur.
Memorandumu Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev və “TET International Development” şirkətinin prezidenti Taro Savada imzalayıb.
(Tərcümə: Orxan Nəbiyev)