Azərbaycan və USAID kiçik və orta biznesin inkişafı üzrə memorandum imzalayacaq

Xəbər - Fidan Babayeva – Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) mikro, kiçik və orta biznesin gücləndirilməsi üzrə anlaşma memorandumu imzalamağı planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qadınların milli biznes gündəliyi və koalisiyaların yaradılması” tədbiri zamanı deyib.

Onun sözlərinə görə, memoranduma əsasən tərəflər arasında əməkdaşlıq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təlimlərin keçirilməsi, onların təşkilati potensialının və biznesin idarə edilməsinin keyfiyyətinin artırılması, KOB-ların maliyyə resurslarına çıxışlarının araşdırılması, eləcə də birgə təlim, tədris planlarının təşkili ilə biznes, sənaye assosiasiyaların potensialının qurulması kimi istiqamətlər üzrə davam etdiriləcək.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: