Azərbaycan və Türkiyə “Yaşıl Kart” sığorta sistemləri inteqrasiya olunur

İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında
Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun
imzalanması mərasimi keçirilib.

Bildirilib ki, beynəlxalq xarakter daşıdığı üçün Yaşıl Kart
Sistemində Milli Sığorta Büroları arasında əməkdaşlıq böyük
əhəmiyyət kəsb edir.

İki qardaş ölkə Türkiyə və Azərbaycanın Yaşıl Kart Siğorta
Büroları olan Türkiyə Motorlu Taşıt Bürosu və İcbari Siğorta Bürosu
arasında imzalanan əməkdaşlıq protokolu Yaşıl kart Sistemi
sahəsində tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın temin edilməsi
məqsədi daşıyır. Sənədə əsasən Türkiyə və Azərbaycan gömrük-sərhəd
keçid məntəqələrində hər iki ölkənin Yaşıl Kartlarının
etibarlılığının rəqəmsal texnologiyalardan istifadə edilməklə
yoxlanılması mümkün olacaqdır. Tərəflər müvafiq qanunvericiliyin
tələblərinə uyğun olmaqla məlumat mübadiləsi aparacaq ve Yaşıl Kart
məlumatları ilə bağlı gömrük-sərhəd keçid məntəqələrinə zəruri
köməkliyin göstərilməsi işini təmin edəcəklər.

Tərəflər arasındakı elektron sistemlərin inteqrasiyası Yaşıl
Kart Sisteminə qoşulmuş digər üzv ölkələr üçün nümune təşkil
etməklə yanaşı rəqəmsal nəzarəti təmin edilməsine imkan
yaradacaqdır. İki qurum arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı yaşanan
problemlərin həllində də əhəmiyətli dönüş nöqtəsi hesab olunur.
Belə ki, artıq Azərbaycana mexsus avtomobil Türkiyə Respublikasının
gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı
elektron qaydada müəyyən ediləcək. Türkiyə Respublikasında
qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən
elektron sistem vasitəsi ilə sığorta teminatı barədə məlumat əldə
ediləcək. Bu da öz növbəsində saxta “Yaşıl Kart” sığorta
şəhadətnaməsi ilə ölkəyə girişin qarşısını alımış olacaqdır.

İcbari Sığorta Bürosunun təşəbbüsü ilə Türkiyə və Azərbaycanın
Yaşıl Kart Sığorta Büroları arasında həyata keçirilən inteqrasiya
Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa lqtisadi
Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət
göstərən Yaşıl Kart Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı
asanlaşdırmaq ve beynəlxalq avtonəqliyyat Yaşıl Kart Sistemi
çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılmışdır.

Azərbaycan və Türkiye Yaşıl Kart Sığorta Büroları olan İcbari
Sığorta Bürosu və Türkiyə Motorlu Taşıt Bürosu 46 ölkənin Sığorta
Bürolarının temsil olunduğu və beynəlxalq yol-nəqliyyat hadisəsində
zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edən Yaşıl
Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi
Bürolar Şurasının üzvləridir.

Teqlər: