Azərbaycan və Türkiyə XİN başçıları Cənubi Qafqaz və Ukraynanı müzakirə ediblər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə
Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu
arasında telefon danışığı baş tutub.

Trend xəbər
verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunur ki, söhbət zamanı ikitərəfli münasibətlər, Türkiyə
və Azərbaycanın iştirak etdiyi üçtərəfli mexanizmlər, Cənubi Qafqaz
və Ukraynadakı son vəziyyət müzakirə edilib.

Teqlər: