Xəbər - Elçin Mehdiyev – Trend:
Qazilərimizə psixoloji yardımın gücləndirilməsi ilə bağlı Türkiyə xəstəxanaları ilə əməkdaşlıq istiqamətində işlər davam edir.
AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA sədri Zaur Əliyev deyib.
Z.Əliyev qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlıq var. “Pandemiya dövründə Azərbaycan ilə Türkiyə arasında çox səmərəli əməkdaşlıq oldu. Azərbaycanın vaksinləri əldə etməsində Türkiyənin rolu böyük olmuşdu.
Bununla yanaşı bizim xəstəxanalarla Türkiyə xəstəxanalarının qardaşlaşması istiqamətində işlər gedir”, – deyə Z.Əliyev bildirib.