Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları salamlama uçuşları keçirib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.
Qeyd edək ki, sentyabrın 21-də İstanbulda “Texnofest-2021” festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.
Uçuşlarda Türkiyənin “Türk ulduzları” və “Solotürk” F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək.
Twitter: @ElchinMehdiyev