Azərbaycan və Türkiyə QHT-lərinin Şuşa ili çərçivəsində ortaq fəaliyyəti – “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)

Azərbaycanın qeyri-hökumət təşkilatları son 20 ildə Türkiyənin
qeyri-hökumət təşkilatları ilə müxtəlif sahələrdə əməkdaşlıq edib.
Bu əməkdaşlığın prioriteti Qarabağ münaqişəsi olub. İşğal dövründə
Türkiyənin qeyri-hökumət təşkilatları və mediası Azərbaycana nə
qədər dəstək vermişdisə, 44 günlük Vətən müharibəsində də eyni
dəstəyi nümayiş etdiriblər. Ümumiyyətlə, hər il qeyri-hökumət
təşkilatlarının, eyni zamanda, onlarla işləyən dövlət qurumlarının
QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif
təşəbbüsləri olur. Bu il də Milli Məclisə müxtəlif QHT-lərlə
əlaqədar qanunvericiliklə bağlı təkliflər irəli sürülüb.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycan və Türkiyə QHT-lərinin Şuşa
ili çərçivəsində ortaq fəaliyyəti, Şuşa Forumunda hansı mesajlar
veriləcək?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə
ətraflı danışılıb. Verilişin qonaqları – İlyas Demirçi (Türk
Dünyası Mühəndislər və Memarlar Birliyi), Mustafa Caner (Siyasət,
İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi, SETA) və Azər
Allahverənov (siyasi şərhçi) mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: