Bakıda İcbari Sığorta Bürosu ilə Türkiyənin Avtomobil Daşımaları
Bürosu arasında “Yaşıl xəritə” sisteminin inteqrasiyası barədə
protokol imzalanacaq.
Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan bildiriblər.
Sənədi İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovla
Türkiyənin Avtomobil Daşımaları Bürosunun direktoru Mehmet Akif
Əroğlunun imzalaması planlaşdırılır.
İmzalanma mərasimi martın 14-də keçiriləcək, tədbirdə Azərbaycan
Mərkəzi Bankı və Türkiyə Sığortaçılar İttifaqının nümayəndələrinin
iştirakı gözlənilir.
Qeyd edək ki, “Yaşıl xəritə” avto mülki məsuliyyət sığortası
müqaviləsi, eləcə də nəqliyyat vasitəsi sahiblərinin sığorta
məsuliyyəti üzrə sığorta polisinin qarşılıqlı tanınması barədə
sazişdir.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev