Azərbaycan və Türkiyə arasında təbii qazın tədarükünə dair Memorandum təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika
Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər
Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma
Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, qərara alınır:

– 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə
Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında
təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” təsdiq
edilsin.

– Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu
qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika
Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası
Hökumətinə bildiriş göndərsin.

Teqlər: