Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb (FOTO)

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd
imzalanıb.

AzerTimes xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

Paylaşılmda deyilir:

“Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla
ölkələrimiz arasında sıx münasibətlərin ikitərəfli iqtisadi
əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye,
eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın
gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə
danışdıq. Qardaş ölkə ilə iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsi
istiqamətində Anlaşma Memorandumu imzaladıq”.

Teqlər: