Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək
səviyyədədir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında
deyib.

Nazir bildirib ki, bu gün keçirilən görüş zamanı iqtisadi və
enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

“Azərbaycanla Türkiyə arasında ticarət dövriyəsi 12 faiz artaraq
5 milyard dollara yaxındır. Ancaq potensial bundan daha böyükdur.
Növbəti illərdə bir daha böyük rəqəmlərin şahidi olacaqğıq” deyə
nazir bildirib.

Teqlər: