Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində
əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman
imzalayıb.
Trend xəbər verir ki, fərmanda deyilir:
1. 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq
edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş
göndərsin.
Prezident İlham Əliyevin imzaladığı digər fərmanla isə
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq
edilib.
Fərmana əsasən, 2021-ci il noyabrın 11-də Ankara şəhərində
imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa
dair Saziş” təsdiq edilsin.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş
göndərsin.