Azərbaycan və Somali XİN başçıları görüşdü

Azərbaycan və Somali XİN başçıları görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniştərkibli görüş keçirilib.

AzerTimes xəbər verir ki bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə olunub.

“Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi də daxil olmaqla əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar, onlar həmçinin BMT, Qoşulmama Hərəkatı, İƏT və COP29-a Azərbaycanın sədrlik fəaliyyətini vacib əməkdaşlıq platformalarından biri kimi qeyd ediblər. Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib”, -XİN-in məlumatında qeyd olunub.

Teqlər: