Azərbaycan və Sloveniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 30-da Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Fariz Rzayev, Sloveniya nümayəndə heyətinə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Müdirliyinin Baş direktoru Jernej Müller rəhbərlik edib.

Məsləhətləşmələrdə ikitərəfli siyasi və iqtisadi-ticarət əməkdaşlığının, miqrasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Sloveniya tərəfinə münaqişə sonrası regional vəziyyət barədə məlumat verilib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minalanmış ərazilərin təmizlənməsindən bəhs edilib.

Tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Teqlər: