Azərbaycan və Slovakiya XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok arasında geniş tərkibli görüş keçirilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Ceyhun Bayramov rəsmi tvitter səhifəsində paylaşım edib.

Qeyd edək ki, Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Bakıda rəsmi səfərdədir. Daha əvvəl İvan Korçok Prezident İlham Əliyev tərəfindən də qəbul olunub.

Teqlər: