Azərbaycan və Serbiya kosmik sektorda əməkdaşlığı müzakirə edib

Azərbaycan və Serbiya kosmik sektorda əməkdaşlığı müzakirə ediblər.

Trend xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Biz kosmik sahədə əməkdaşlıq və Serbiya tərəfinin Azərbaycan peyklərindən istifadəsini müzakirə etdik” deyə, Babayev bildirib. Onun sözlərinə görə, iki ölkə enerji layihələri və neft sektoru sahəsində də əməkdaşlığı genişləndirir: “Serbiya Azərbaycan qazını almaq və Azərbaycanın enerji layihələrində iştirak etməkdə maraqlıdır.


Qeyd edək ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.