Martın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri
Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən AzerTimes-a bildirilib ki,
tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr
2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların
icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər, Ukrayna ətrafındakı vəziyyət,
həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.