Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan və Rusiya təkcə iqtisadi deyil, həm də siyasi sahədə tərəfdaşdır.
Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa zamanı deyib.
“Azərbaycanla Rusiya arasında münasibətlər vacib strateji əhəmiyyətə malikdir. İki ölkəni təkcə tarixi əlaqələri birləşdirmir. Biz bir dövlətdə yaşamışıq. Azərbaycanda ruslara gözəl münasibət var, çoxlu sayda rusdilli məktəblər, tələbə və şagirdlər var. Bu gün Azərbaycan və Rusiya təkcə iqtisadi deyil, həm də siyasi sahədə tərəfdaşdır”, – deyə o bildirib.
Səfir qeyd edib ki, “3+3” platforması münasibətlərin inkişafı üçün yaxşı regional məkandır.
“Ümid edirəm ki, tezliklə Azərbaycan və Rusiya bu platformanın iştirakçıları arasıda bütün iqtisadi münasibətləri tezliklə bərpa edə biləcək. Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Biz regionda bütün iştirakçılarla razılığa nail olmuşuq. Rusiya sayəsində biz qan tökülməsinin qarşısını aldıq. Rusiya gələcək tənzimləmə üçün sülhməramlılar yolladı. Ermənistan tərəfi növbəti dəfə özünə aid olmayanı əldə etməyə çalışır. Əgər biz üçtərəfli bəyanatın bütün müddəalarını icra etsək və nəqliyyat kommunikasiyalarını aça bilsək, tamamilə yeni reallıqlara çıxa bilərik”, – P.Mirzəzadə deyib.
(Tərcümə: Orxan Nəbiyev)