Azərbaycan və Rusiya dəmir yolları arasında bir sıra mühüm məsələlər müzakirə olunub (FOTO)

Azərbaycan və Rusiya dəmir yolları arasında bir sıra mühüm
məsələlər müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” ASC-nin
baş direktorunun birinci müavini Sergey Pavlovla görüş
keçirilib.

AzerTimes xəbər verir ki,
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov işğaldan
azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən
danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat
verib. Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq,
xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin
fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını
vurğulayıb.

Görüşdə “Şamal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində
Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama
xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin
maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə
bağlı müzakirələr olub. Bu istiqamətdə Rusiya və Azərbaycan
tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari
gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı
məlumatlandırılma qaydalarına baxılıb.


“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini
Sergey Pavlov Azərbaycan Dəmir Yollarında görülən işləri yüksək
qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində
əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb
olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd
edib.

Teqlər: