Azərbaycan və Qırğızıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası və Qırğız
Respublikası Xarici İşlər Nazirlikləri (XİN) arasında videokonfrans
formatında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən AzerTimes-a verilən
məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə
heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə
nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik
edib.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində
duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar
sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə
ediblər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi
aparıblar.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından
qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Teqlər: