Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan
xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş
tutub.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, nazirlər, iki ölkə arasında mövcud olan geniş
ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi
aparıblar.

Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri
müzakirə edilib.

Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və
logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi
aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri
müzakirə ediblər.

Teqlər: