Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

İyunda Bakıda Polşa və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

AzerTimes xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkə Konstitusiyasının qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Biz iyunun əvvəlində Bakıda Azərbaycan və Polşa xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsini gözləyirik”, – səfir bildirib.

Teqlər: