Azərbaycan və Polşa hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Polşa hərbi əməkdaşlığı müzakirə etdi

Polşa Hərbi Texnologiyalar Universiteti və Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

İkitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

Görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Teqlər: