Azərbaycan və Polşa arasında birbaşa aviareysin açılması iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək – Agentlik (FOTO)

Azərbaycan və Polşa arasında birbaşa aviareysin açılması iki
ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək.

AzerTimes-ın
məlumatına görə, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin aparat
rəhbəri Kənan Qasımov Varşava-Bakı-Varşava beynəlxalq aviareysinin
açılması münasibətilə keçirilən mətbuat konfransında deyib.

“Son iki ildə agentliyimiz ölkəmizin xaricdə tanıdılması
istiqamətində işlər aparıb və aparmaqda davam edir. Bu işlərin
nəticəsi olaraq Azərbaycan və Polşa xalqlarının yaxınlaşmasına
töhfə verəcək birbaşa aviareysin açılması hesab oluna bilər”, –
deyə K.Qasımov əlavə edib.

Teqlər: