Azərbaycan və Pakistan XİN başçıları görüşdü

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.

O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, – deyə Pakistanın xarici işlər naziri vurğulayıb.

www.yenicag.az