Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin qeyd olunması ağacəkmə aksiyası ilə davam
edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a verilən
məlumata görə, iki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik
töhfə vermək məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Pakistan səfirliyinin nümayəndələri, hökumət
rəsmiləri, ekokönüllülər və Azərbaycanda təhsil alan pakistanlı
tələbələrin iştirakı ilə Abşeron yarımadasının iqliminə uyğun Eldar
şamı və zeytun ağacları əkilib.
ETSN ətraf mühit naminə görülən tədbirlərdə hər kəsi aktiv
iştirak etməyə, ölkəmizdə yaşıllıqların artırılmasına töhfə verməyə
çağırır.