Azərbaycan və Moldova beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Moldova arasında əlaqələrin inkişafı istiqamətdə bu gün həmkarımla çox səmərəli müzakirələr apardıq.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı, telekommunikasiya və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıldı.

“Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələsi də müzakirə olundu. Eyni zamanda Azərbaycan və Moldova beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir”.

Teqlər: