Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın “Lukoyl” şirkəti Azərbaycanda təkcə neft-qaz yataqları ilə maraqlanmır, həm də alternativ enerji sahəsində layihələr də müzakirə olunur.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov cümə axşamı “Rusiya Enerji Həftəsi” beynəlxalq forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Lukoyl” Azərbaycanın uzunmüddətli tərəfdaşıdır: “Şahdəniz” bizim ilk layihəmiz deyil. “Lukoyl” bu gün təkcə neft və qaz yataqlarına yox, həm də alternativ enerjiyə maraq göstərir. Biz birgə işləyirik, məsləhətləşmələr aparırıq”.