Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan və Latviya ikitərəfli iqtisadi və siyasi münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensiala malikdir.
Bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində AzerTimes-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla Latviya arasındakı münasibətlər həm dövlət başçıları, həm də xalqlar səviyyəsində inkişaf edir:
“İqtisadiyyat sahəsində münasibətlər dinamik inkişaf edir. Hər iki ölkə nəqliyyat və logistika sahəsində əlaqələrin qurulması üçün bütün imkanlara malikdir. Azərbaycanın və Latviyanın mövcud potensialı reallaşdırmaq üçün bütün imkanları var”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.
(Tərcümə: Orxan Nəbiyev)