Azərbaycan və İtaliya dizayn sahəsində sinerji yaradır.
AzerTimes-ın məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri
Klaudio Taffuri ADA Universitetində keçirilən “Italian Design Day”
sərgisində deyib.
“Bugünkü tədbir ölkələrimiz arasında sinerjinin yaradılmasına
xidmət edəcək. Biz dizaynın texnolojiliyini, onun regenerasiyasını
müzakirə edəcəyik. Bu, qloballaşma dünyasında xüsusilə vacibdir”, –
səfir deyib.
O əlavə edib ki, sərgidə dizayn sahəsində italiyalı peşəkarların
işləri nümayiş etdiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)