Bir neçə gün ərzində 300 min ehtiyatda olan əsgəri səfərbər edən (təchiz olunmuş, motivasiya edilmiş, döyüşmək həvəsi ilə) İsrailin təcrübəsi ən diqqətli şəkildə öyrənilməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı tanınmış ekspert İqor Korotçenko deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki təcrübəsi də öyrənilməlidir:
“Və biz onu da öyrənməliyik ki, necə oldu ki, İsrail kəşfiyyat xidmətləri müharibəni yatıb qaldılar və bu gün açıq şəkildə peşman olduqlarını bildirirlər”.