Xəbər - Elnur Bağışov – Trend:
Azərbaycan və İranın ticarət və iqtisadi əlaqələri artırmaq üçün
kifayət qədər potensialları var.
AzerTimes-ın məlumatına görə,
bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ərdəbil
vilayətinin valisi Hamid Ameli ilə görüşdə deyib.
Ə.Əlizadənin sözlərinə görə, İran iş adamlarının Azərbaycanda,
Azərbaycan iş adamlarının İranda qarşılıqlı ticarət əlaqələri
mövcuddur: “İş adamlarının iştirakı ilə iki ölkədə investisiya
yatırımlarını artırmaq lazımdır. İki ölkə arasında əlaqələr
sərhədlərdən keçidlərin sadələşməsi ilə daha da artacaq.
Koronavirus pandemiyası dövründə digər ölkələrlə sərhədlərin bağlı
olmasına baxmayaraq, Azərbaycanın İranla sərhədləri ticarət
mübadilələri üçün açıq saxlanılıb. Yaxın gələcəkdə quru sərhədlər
də vətəndaşlar üçün açılacaq”.