Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş olub.
AzerTimes xəbər verir ki, bunu C.Bayramov Tvitterdə yazıb.
Nazirlər ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.
C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.