Xəbər - Elnur Bağışov – Trend:
İranın Xudafərin rayonunda Azərbaycan və İran məhsullarının sərgi və satış yarmarkasının keçirilməsi təklif olunub.
AzerTimes-ın məlumatına görə, bu təklif bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında İranın Şərqi Azərbaycan valisinin müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə irəli sürülüb.
Görüşdə həmçinin gələcəkdə müştərək azad ticarət zonasının yaradılması və Təbriz biznes missiyasının təşkili ilə bağlı müzakirə aparılıb.
Bundan əlavə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb.