İran və Azərbaycanın çoxlu bağlantıları var. 4 dəfə görüşümüz
olub. Çox böyük nəticələr əldə olunub. Sənədlərdə qeyd olunduğu
kimi, ticarət dövriyyəsinin artırılması xüsusi qeyd olunub. İki
ölkə prezidentlərinin vurğuladıqları kimi, hazırkı ticarət
dövriyyəsinin artırılması üçün addımlar atılacaq.
AzerTimes xəbər verir ki, bunu
İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm
Qasemi komissiyanın 15-ci iclasında deyib.
“Komissiyanın növbəti iclası Tehranda keçiriləcək. Ümid edirəm
ki, iki ölkə münasibətləri çox yüksək səviyyəyə yüksələcək. İki
ölkənin geosiyasi mövqeyini nəzərə alaraq tranzit potensialının
artırılması nəzərdə tutulur. Belə ki, Şimal cənub dəhlizi
çərçivəsində bu tranzit maksimuma yüksələcək”, deyə R.Qasemi
bildirib.
R.Qaseminin sözlərinə görə, hər iki ölkə tranzitdən maksimum
şəkildə faydalanacaq.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərində bir
çox addımların atılması istiqamətində işlər görüləcək.