Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də
Gürcüstana rəsmi səfərə gəlib.
AzerTimes-ın
məlumatına görə, səfərin məqsədi iki ölkə arasında elm və təhsil
sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf
etdirməkdir.
Emin Əmrullayev səfər çərçivəsində ulu öndər Heydər Əliyevin
Tbilisidə və Rustavidəki abidələrini ziyarət edəcək, Gürcüstanın
təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin
Təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş
imzalanacaq.
E.Əmrullayev səfər çərçivəsində Gürcüstanın bir neçə ali
məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi
Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti
ilə də görüş keçirəcək.
Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də
nəzərdə tutulub.
Səfər fevralın 23-də başa çatacaq.