Azərbaycan və Gürcüstan arasında bir sənəd təsdiqlənib, biri isə ləğv edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və
uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında”
Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə
Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi
haqqında Qanunu imzalayıb.

Sənədlərə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə
Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və
uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında”
2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq
edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti
arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma
sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının 1997-ci il 15 aprel tarixli 268-IQ
nömrəli Qanunu ləğv edilib.

Teqlər: