Xəbər verdiyimiz kimi, Ermənistanın “Hraparak” qəzeti Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insidentin yaşandığı barədə məlumat yayıb.
AzerTimes-ın əldə etdiyi məlumata görə, yayılan xəbər həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır.
Qeyd edək ki, məlumatda delimitasiya və demarkasiyadan sonra Gürcüstana gedən yolun bir hissəsi olan Kirants körpüsünün Azərbaycan tərəfinə təhvil verildiyi və yeni, alternativ yolun tikintisinə başlanıldığı bildirilib. Lakin Ermənistanın çəkdiyi yeni yolunda sərhədi pozması səbəbindən sərhədçilərimiz erməni sərhədçiləri ilə mübahisə ediblər.