Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Ermənistan üçün faydalı olacaq – Binəli Yıldırım

Xəbər - Humay Ağacanova – Trend:

Müzəffər Azərbaycan ordusu 30 il ermənilər tərəfindən işğal altında olan Azərbaycanın əzəli torpaqlarınnı azad etdi.

AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən Türkiyənin sabiq baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, bu gün regionda post münaqişə vəziyyəti düzgün istiqamət alsa, regionda inkişaf başqa cür ola bilər: “Həmçinin Rusiya da burada sülhməramlı missiya keçirərək çox böyük məsuliyyət daşıyır.

Müharibədən sonra imzalanan 3 tərəfli bəyanatda Laçın dəhlizi, eyni zamanda Zəngəzur dəhlizi açılması qeyd olunub. Zəngəzur dəhlizinin açılması çox tezliklə başlamalıdır”.

Sabiq baş nazir bildirib ki, bütün bu regionun taleh yüklü məsələlərində iştirakı Ermənistana faydalı olacaq: “Yalnız sözlərlə vədlərlə bu iş bitməz. Ermənistan Baş naziri ilə Türkiyə və Azərbaycan Prezidentlərinin sözləri üst-üstə düşsə, düşünmürəm ki, Ermənistan və Türkiyə arasında hər hansı anlaşılmazlıq olsun. Biz birlikdə regionu inkişaf etdirməliyik. Azərbaycan və Ermənistan arasında sülh imzalanması Ermənistan üçün faydalı olacaq”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

VIII Qlobal Bakı Forumu öz işini bu gün başa çatdıracaq.

Teqlər: