Azərbaycan və Ermənistan arasında danışıqlar davamlı olmalıdır və biz də buna dəstək olmalıyıq – Robert Sekuta

Xəbər - Humay Ağacanova – Trend:

Ötən il Azərbaycan bütün əzəli torpaqlarında nəzarəti bərpa etdi, Azərbaycan regionda söz sahibinə çevirilib.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

R.Sekuta bildirib ki, hələki sülh müqaviləsi imzalanmıyıb: “Elə düşünürəm ki, Cənubi Qafqaz regionunun irəliyə getməsi inkişafı fonunda Azərbaycan və Ermənsitanın üzərinə çox böyük yük düşür, bu prosesi irəli aparmaq üçün biz hər iki dövlətə köməklik göstərməliyik, Azərbaycan və Ermənistan arasında danışıqlar davamlı olmalıdır və biz də buna dəstək olmalıyıq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

VIII Qlobal Bakı Forumu öz işini bu gün başa çatdıracaq.

Teqlər: