Azərbaycan və Ermənistan 12,7 km-lik sərhəd xətti müəyyən etdi

Azərbaycan və Ermənistan 12,7 km-lik sərhəd xətti müəyyən etdi

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

AzerTimes xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub.

“Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub”, – məlumatda bildirilib.

Teqlər: