Azərbaycan və Ermənisan arasında sülh müqaviləsinin zəruriliyi – “Azernews” qəzeti

“Azernews” qəzetinin 3 iyun tarixli sayında işıq üzü görmüş məqalədə Ermənistanla Azərbaycan arasında müharibə başa çatdıqdan sonra sülh müqaviləsinin imzalanmasının zəruriliyindən bəhs edilir.

AzerTimes-ın məlumatına görə, məqalədə qeyd olunur ki, sərhədlərin delimitasiyasının beynəlxalq qanuna əsasən və danışıqlar yolu ilə həllinin tərəfdarı olan Azərbaycana qarşı Ermənistan sərhəddə törətdiyi son təxribatlar bu müqavilənin imzalanmasını daha da labüdləşdirir.

Yazıda, Prezident İlham Əliyevin münaqişə və müharibə səhifəsinin bağlanması, Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırılması üçün sülh razılaşmasına ehtiyac olduğuna dair fikir və təklifləri öz əksini tapıb.

Eyni zamanda bildirilir ki, rəsmi Bakı bu sahədə beynəlxalq təşkilatların və dövlətlərin köməyinə ümid edir, çünki bütün qüvvələrin tərəflər arasında sülh müqaviləsinin imzalanmasına yönəldilməsi regionun gələcəyi baxımından əsas şərtdir. Məqalədə imzalanacaq müqavilənin Azərbaycan və Ermənistan, Cənubi Qafqaz regionu və digər qonşu ölkələrin inkişafina verəcəyi töhfədən bəhs olunur.

Teqlər: