Azərbaycan və Çex Respublikası azad edilmiş ərazilərin bərpası sahəsində böyük əməkdaşlıq potensialına malikdir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə birgə mətbuat konfransı zamanı deyib.